4c6b7b1128b60e2gyqv 800C450

“Dost olmayan ölkələrdə fəaliyyət göstərən Kreml işçiləri təhlükə altındadır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Prezident administrasiyasının xaricə səyahət qadağası yoxdur. Lakin təhlükəli ölkələrə səyahət istisna olunur. Mən xaricə gedirəm. Bunun üçün heç bir qadağamız yoxdur. Bəzi departamentlər var ki, orada qadağalar mövcuddur. Lakin təbii ki, qeyri-dost ölkələrə səfərlər tamamilə istisna edilir. Çünki bu, sadəcə olaraq təhlükəlidir”, – deyə Peskov vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: