“Zəngəzur dəhlizi” ilə bağlı mövzu Azərbaycanla Ermənistanın suveren məsələsidir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Rusiya Ermənistan və Azərbaycan arasında aparılan danışıqları qətiyyətlə dəstəkləyir”, – Peskov bildirib.
Qeyd edək ki, iyulun 23-də İspaniya nəşri Ermənistanın ABŞ-ın Zəngəzura 100 illik nəzarətlə bağlı təklifi qəbul etdiyi və müvafiq memorandum imzalandığına dair məlumat yaymışdı.
Əliyar Xəlil
Globalinfo.az