moskva

Azərbaycanlı tərəfdaşlarımız Rusiyanın Ukraynaya silah və ya ikili təyinatlı humanitar yardımla bağlı mövqeyini yaxşı bilirlər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksey Fadeyev jurnalistlərə açıqlamasında bildirib.

“Bu cür hərəkətlər münaqişənin sülh yolu ilə nizamlanmasına yardım etmir, vəziyyəti daha da pisləşdirir”, – Fadeyev deyib.

Qeyd edək ki, bundan öncə Rusiya Silahlı Qüvvələrinin SOCAR-ın Ukraynada yerləşən neftqaz mərkəzlərinə ard-arda zərbələr endirməsi Azərbaycanda ciddi narazılıqla qarşılandı. Bundan sonra Caliber.az mənbələrə istinadən bu hücumların davam edəcəyi təqdirdə rəsmi Bakının öz arsenalındakı silahların Ukraynaya göndərilməsinə qoyduğu embarqonu yenidən nəzərdən keçirə biləcəyinə dair məlumat yaydı.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: