Ərdoğan: “Fələstin dövlətinin yaradılması üçün…”

“Türkiyə Qəzza zolağında münaqişənin həlli və humanitar yardım göstərilməsi üçün səylərini davam etdirəcək”.

Globalinfo.az xəbər verir ki, bunu HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ankara Qəzza zolağında böhranın həlli və anklav sakinlərinə humanitar yardımın göstərilməsi üçün diplomatik səylərini davam etdirəcək. Qəzzada daimi atəşkəsin əldə olunması çox vacibdir. İsrailin bir gün mütləq atdığı addımların əvəzini ödəyəcək. Türkiyə regionda sülhün təmin edilməsinin açarı olan müstəqil Fələstin dövlətinin yaradılması üçün səy göstərəcək”, – Ərdoğan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az