Rusiyanın Federal Təhlükəsizlik Xidmətində ( FTX) yaxın aylarda genişmiqyaslı kadr dəyişikliklərinin baş verəcəyi bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vajnie istorii” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə dəyişikliklər artıq oktyabrda başlaya bilər.
İddialara əsasən, FTX direktoru Aleksandr Bortnikovun vəzifədən getməsi gözlənilir. Onun əsas mümkün varisi kimi direktorun birinci müavini Sergey Korolyovun adı çəkilir.
Digər namizədlər arasında İvan Tkaçov və Vladislav Menşikov da göstərilir.
Qeyd olunur ki, FTX-nin İqtisadi Təhlükəsizlik Xidmətinin rəhbəri Sergey Alpatov da səhhəti ilə əlaqədar vəzifəsini tərk edib.
Lakin bu məlumatlar hələlik rəsmi təsdiqlənməyib.
Əliyar Xəlil