Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb – FOTO

5408afc5 abab 412e b8ab 42e47d55c34d

İyunun 18-də doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.

Globalinfo.az xəbər verir ki, bu mərhələdə köçürülən 154 nəfərdən ibarət 40 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

544f8797 68c7 4662 b1c7 f501e73fca1d 664a1381 e098 4e6b b50c 2438272d0edf fa92787e 2c7f 4a77 b79c 9aa2906524fe d48cfd42 b183 4431 81ae 4bc797744184 a404f876 8929 4f07 9ae2 a6da568fbb96 497ee325 3b92 4e74 a53b 90f466f49639 48b27410 817c 4e8c 853a 8196a032da2a 48399727 f333 44e6 bdd6 6fa08ce58a16 09ffa556 c79b 4482 a132 1c67f7bd3010 561112d2 1929 4e32 a5cd cf24596faf02 8e7ca08e a22b 4225 8ed4 4c785ce3b573 742bf162 602e 4221 9394 3a166e19a5f1 8b213e8b 3e68 40ed 8a56 2259f805ba06 fb5a4abd fb7a 44ee a6a3 1cb2d5e1aff2