İrəvanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Bakıya gəlməyəcəyi açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Aİ nümayəndəsinin ofisi məlumat yayıb.
“Bildiyimiz kimi, hazırda Azərbaycanda seçkiqabağı təşviqat kampaniyaları dövrüdür. Bu səbəbdən Bakıya səfər nəzərdə tutulmur. Lakin Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan rəhbərliyi ilə sıx əlaqə saxlayır”, – məlumatda qeyd olunur.
Xatırladaq ki, bir müddət öncə ABŞ dövlət katibinin Qafqaz üzrə baş müşaviri Lui Bono Ermənistana səfər edib. Səfər çərçivəsində Vaşinqtonda üçtərəfli görüşün təşkili və sülh müqaviləsinin imzalanması məsələsi müzakirə edilib. L.Bononun daha sonra Azərbaycana səfəri gözlənilsə də, bu, baş tutmayıb.
Ayşən Mustafa
Globalinfo.az