
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə endirilən zərbədən sonra beynəlxalq tərəfdaşları daha fəal addımlar atmağa çağırıb.
Globalinfo.az xəbər bu barədə Rusiya mediası məlumat yayıb.
O bildirib ki, ölkəsi bu vəziyyətdə tək qalmamalıdır:
“ABŞ, Avropa ölkələri, eləcə də digər tərəfdaşlardan konkret qərarlar gözlənilir. Mövcud durum beynəlxalq reaksiyanın gücləndirilməsini tələb edir”.
Digər tərəfdən, Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyan edib ki, hücum Ukrayna tərəfinin mülki infrastruktura qarşı əməliyyatlarına cavab olaraq həyata keçirilib.
Rusiya tərəfi zərbələrin Ukraynanın hərbi idarəetmə obyektləri, aviabazaları və hərbi sənaye müəssisələrini hədəf aldığını iddia edib.
Nazirliyin məlumatına görə, əməliyyat zamanı “Oreşnik”, İsgəndər raket sistemi, Kh-47M2 Kinzhal, 3M22 Zircon raketləri və zərbə tipli pilotsuz uçuş aparatlarından istifadə olunub”.
Safura Bənnayeva
Globalinfo.az