kiyev 1

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniç Kiyevdə atışma nəticəsində həlak olub.

Globalinfo.az xəbər verir ki, bunu Ali Radanın keçmiş deputatı İqor Mosiyçuk deyib.

“Atışlar nəticəsində polkovnik çoxsaylı güllə yaraları alıb və o, yerindəcə dünyasını dəyişib”, – o bildirib.

Bundan əvvəl Ukrayna mediası Kiyevin Qoloseyevski rayonunda bir nəfərin ölümü ilə nəticələnən atışma baş verdiyini bildirib. Lakin mərhumun kimliyi açıqlanmayıb.

“Səhər saatların Kiyev şəhərində naməlum şəxs 1974-cü il təvəllüdlü Voroniç İvan İvanoviçə yaxınlaşıb. Tapançadan 5 dəfə atəş açıb”, – deyə qeyd olunub.

Ölən şəxsin polkovnik Voroniç olması barədə məlumatı xüsusi təyinatlı dəstələrdən birinin keçmiş komandiri Roman Çervinski də təsdiqləyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: