Kiyev sakinləri su və qida vasitələri ehtiyatı hazırlamaq barədə tapşırıq verilib.
Globalinfo.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının sosial şəbəkə hesablarında bildirilib.
Bundan əlavə sakinlərə enerji cihazlarında ehtiyat saxlamaq və qalacaqları yeri isitmək üçün avadanlıqlar hazırlamaq tapşırılıb. Ehtiyatları üç günlük təmin etməyin ən optimal variant olduğu qeyd olunub.
Əliyar Xəlil