im 49120799

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp səlahiyyət müddəti başladıqdan sonra ilk yüz gün ərzində Çinə səfər etməyi planlaşdırır. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, səfərin əsas məqsədi Çin idxalına sərt tariflər tətbiq etməkdir.

Qeyd edək ki, D.Tramp ilk prezidentliyi dövründə 2017-ci ildə, təxminən bir il hakimiyyətdə olduqdan sonra Çinə səfər edib. O vaxt milyardlarla dollar dəyərində Çin mallarına rüsumlar tətbiq etdikdən sonra çox sayda şirkət istehsal əməliyyatlarını Çindən Meksikaya köçürmüşdü.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: