4137361b 08b0 3efa 8c53 ad85f1f87227 850

ABŞ Prezidenti Cozef Bayden Konqres liderlərinin, Demokratlar Partiyası üzvlərinin və yaxın dostlarının artan təzyiqləri səbəbindən iyulun 20-21-də seçkidə iştirakını dayandırdığını elan edə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hazırkı Prezidentin partiyadaşları, yaxın ətrafı, eləcə də seçki kampaniyasının ən böyük donorları hesab edirlər ki, Bayden yaşı ilə bağlı ictimai rəyi dəyişə, Konqresdə çoxluğu təmin edə və əsas rəqibi olan respublikaçı Donald Trampa qalib gələ bilməyəcək.

Paylaş: