
Ermənistanın Azərbaycanın Qazax rayonu ilə sərhəddə yerləşən Tavuş vilayətinin Kirants (Güney) kəndində sərhəd dirəkləri quraşdırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni jurnalist Ani Gevorqyan məlumat yayıb.
Yerləşdirilən sütunların yanında erməni sərhədçilərin dayandığı bildirilir. Sütunlardan birinin kənddən keçən çayın yanında quraşdırıldığı qeyd edilir.
Əliyar Xəlil
Globalinfo.az