Dövlətlərin ümumi, lakin fərqli məsuliyyətləri olsa da, onlar fikir ayrılıqlarını bir kənara qoymalı, bir-birini günahlandırmağı dayandırmalı və ortaq məxrəcə gəlməlidirlər. Qlobal istiləşmədə kimin günahkar olduğunu və ya kimin ətraf mühitə daha çox zərər vurduğunu müəyyənləşdirmək üçün vaxt itirməyə haqqımız yoxdur.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev COP-öncəsi tədbirinin iştirakçılarına müraciət ünvanlayıb.
“Dövlətlərin ümumi, lakin fərqli məsuliyyətləri olsa da, onlar fikir ayrılıqlarını bir kənara qoymalı, bir-birini günahlandırmağı dayandırmalı və ortaq məxrəcə gəlməlidirlər. Qlobal istiləşmədə kimin günahkar olduğunu və ya kimin ətraf mühitə daha çox zərər vurduğunu müəyyənləşdirmək üçün vaxt itirməyə haqqımız yoxdur.
Dəfələrlə vurğulandığı kimi, Bakı COP tədbiri çoxtərəflilik üçün həlledici sınaq olacaq. Beynəlxalq ictimaiyyətin uğursuzluğa düçar olmağa ixtiyarı yoxdur və Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) ilə bağlı razılaşma əldə olunmalıdır. Mən COP29-da bizim ümumi uğurumuz kimi tarixə düşəcək tarixi razılaşmanın – “Bakı Sazişi”nin əldə olunmasını gözləyirəm”, – Prezident bildirib.