e3a80610ecc8e4bf4fda996d18318bc1

“Sabah Azadlıq meydanında Paşinyana kəskin fikir ayrılığımızı bildirməliyik”.

Globalinfo.az xəbər verir ki, bunu arxiyepiskop Baqrat Qalstanyan deyib.

O bildirib ki, sabah Opera binası yaxınlığında beynəlxalq iqtisadi forum keçiriləcək və orada hökumətin başçısı da çıxış edəcək.

“Mən vətəndaşları həmin yerdə olmağa və Paşinyanın siyasəti ilə razılaşmadığımızı bildirməyə çağırıram. Biz Nikol Paşinyana dinc, lakin qəti fikir ayrılığımızı bildirməliyik. Onlar bilməlidirlər ki, bizim canımız bahasına qərar qəbul edə bilməyəcəklər və sakit şəkildə yaşamayacaqlar”, – Qalstanyan bildirib.

Bu arada Qalstanyan Ermənistanın üç keçmiş baş naziri ilə görüşüb.

“Üç keçmiş baş nazir, Qrant Baqratyan, Xosrov Arutyunyan və Vazgen Manukyanla da görüşlər oldu. Biz ideyalarımızı təqdim etdik. Onlar da öz təkliflərini verdilər. Küçədə baş verənləri gördükləri üçün daxildən ilham alırlar. Bizi isə bütün bu enerjini lazımi nəticəyə çatdırmağa çağırırlar”, – Qalstanyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: