Keşiş Paşinyan haqda: “Əlini kəsdi, ya yox?”

Arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün parlamentdə səsləndirdiyi bəyanatları şərh edib.

Globalinfo.az xəbər verir ki, erməni Qalstanyan Paşinyanın erməni din xadimlərini “agent” adlandırmasına belə reaksiya verib:

“Hər şeyi onlar düzgün edirlər. İntellektual düşüncələri bu səviyyədədir. Çox bilsəydilər, daha çox iş görərdilər. Yalan danışmağın kralı olan Paşinyandan əlini kəsib-kəsmədiyini soruşun. O, ümumiyyətlə nə danışdığını bilmir”, – arxiyepiskop bildirib.

Paşinyanın hərəkatın mübarizəsinin dövlətin məhvinə gətirib çıxaracağı ilə bağlı bəyanatına cavab olaraq arxiyepiskop deyib:

“Təsadüfi yaradılış dövlətçiliyin daşıyıcısı ola bilməz. Paşinyan birinci olmasa da, onlardan biridir. O, planlı bir təsadüfün məhsuludur. Bu adam dövləti dağıtmaqdan və parçalamaqdan başqa nə töhfə verir?”, – deyə Qalstanyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az