Benzema naziri məhkəməyə verdi

Ulduz futbolçu Kərim Benzema Fransa daxili işlər naziri Gerald Darmanini məhkəməyə verib.

Globalinfo.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Futbolçu nazirin onu “Müsəlman Qardaşları” təşkilatı ilə əlaqədə ittiham etdiyi üçün bu addımı atıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında Darmanen CNEWS telekanalında açıqlamasında Benzema haqqında “hər kəsin bildiyi kimi, onun “Müsəlman Qardaşları” ilə əlaqələri var” demişdi.