WhatsApp Image 2023 12 30 at 10.18.09

ABŞ prezidentliyinə müstəqil namizəd, sabiq prezident Con Kennedinin qardaşı oğlu Robert Kennedi deyib ki, Ağ Ev Qarabağ ermənilərinin öz “vətən”lərinə qayıtmasını təmin etmək, “müqəddəratını təyinetmə hüququnu qorumaq” üçün səfərbər olmalıdır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Anar Əliyev qeyd edib ki, ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca müstəqil şəkildə namizədliyini irəli sürmək istəyən şəxslərin sayı artır:

“Onlardan biri də ABŞ-ın keçmiş prezidenti, sui-qəsd nəticəsində öldürülmüş Con Kennedinin qardaşı oğlu Robet Kennedidir. Təəssüf ki, 1960-cı illərdə Karib böhranı (1962) üzərindən baş verə biləcək dünya müharibəsinin danışıqlar yolu ilə həlli istiqamətində atdığı addımlarla tanınan bir prezidentin qardaşı oğlu Cənubi Qafqazda sülhün əldə olunmasında yer almaq əvəzinə, gərginliklərin yaranmasına çalışır.

Anar Əliyev

Anar Əliyev

Qlobal gücün liderliyi uğrunda mübarizəyə qalxan şəxs beynəlxalq hüququn prinsiplərinə zidd bəyanatlar səsləndirir.

Bu, müstəqil dövlətin daxili işlərinə qarışmamaq kimi əsas prinsipi tapdalamaqdır. Robet Kennedinin siyasi təcrübəsizliyi erməni diasporunun maraqlarından asılılığını nümayiş etdirir”.

Politoloqun fikrincə, sözügedən yanaşma ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir göstərəcək:

“Ərazilərimizdən könüllü çıxan ermənilərin məcburi şəkildə geri qaytarılması ilə bağlı bəyanatlar gülüncdür”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: