
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Kremldə görüş keçirib. Təmaslar Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə aparılan üçtərəfli danışıqların son mərhələsindən bir gün sonra baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Moskva səfəri başa çatdıqdan sonra Amerika nümayəndə heyəti Kiyevə getməyi planlaşdırır.
Qeyd edək ki, Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda ABŞ-ı əvvəllər təkbaşına təmsil edən Stiv Uitkoff son iki il ərzində artıq onuncu dəfə Rusiyaya səfər edib.
Safura Bənnayeva
Globalinfo.az