tramp tim kuk 1536x1024 1

ABŞ prezidenti Donald Tramp texnologiya nəhəngi Nvidia şirkətinin baş direktoru vəzifəsinə Apple-ın keçmiş rəhbəri Tim Kukun namizədliyini irəli sürüb.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Censen Huanqın vəzifədən getməsindən sonra onu əvəz edə biləcək yeganə şəxs Tim Kukdur.

“Əla iş görmüş Nvidia baş direktoru Censen Huanq istefa verdiyinə görə, onu əvəz edəcək yalnız bir nəfər var. Bu, Apple-dan Tim Kukdur. Bir əfsanə digərini əvəz edəcək”, – Tramp yazıb.

Qeyd edək ki, Censen Huanq baş direktor vəzifəsindən ayrıldıqdan sonra Nvidia-nın müvəqqəti rəhbəri şirkətin maliyyə direktoru Kollett Kress təyin edilib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: