Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya ilə sülh danışıqlarından əvvəl atəşkəsin əldə olunmasının vacibliyini bildirib.
Globalinfo.az xəbər verir ki, Kallas bu barədə Dublində Avropa Siyasi Birliyinin görüşü öncəsi danışıb.
O, Rusiyanın xoş niyyət nümayiş etdirmədiyini vurğulayaraq, əvvəlcə Ukraynada bombardmanların dayandırılmasını, daha sonra sülh sazişinin müzakirəsini vacib sayıb.
Kallas həmçinin Ukrayna üzrə danışıqlarda Aİ-ni özü və Avropa Şurasının prezidenti Antonio Koştanın təmsil etməli olduğunu bildirib. Bu təklifi Estoniyanın Baş naziri Kristen Mixal da dəstəkləyib.
Əliyar Xəlil