1034595 res 0 9ac118555ff63f21

ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdən təxminən 1,5 kilometr məsafədə silahlı insident baş verib. Hadisə nəticəsində beş nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sky News” Vaşinqton polisinin  məlumatlarına istinadən məlumat yayıb.

Atışma şəhərin Loqan-Sirkıl rayonunda qeydə alınıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Yaralıların vəziyyəti barədə də məlumat açıqlanmayıb.

Polis hadisə ilə bağlı ərazinin bir neçə nöqtəsində araşdırma aparır. Sakinlərə 15-ci küçənin 1500-cü kvartalından uzaq durmaq tövsiyə edilib. Həmin ərazidə yaşayış binaları, kilsə və idman mərkəzi yerləşir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: