İranın paytaxtı Tehranda çərəz və şirniyyat satan mağaza sahibi İsrailin Baş naziri Benyamin Netanyahuya bənzərliyi ilə diqqət çəkib.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, satıcının mağazada çəkilən fotoları qısa müddətdə sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.

Görüntüləri izləyən bəzi şəxslər mağazanın ünvanını öyrənməyə çalışıb, digərləri isə bu oxşarlıqla bağlı zarafatlar ediblər.

Lakin bu bənzərlik mağaza sahibi üçün müştəri itkisinə də səbəb olub. Belə ki, bəzi iranlılar Netanyahunu xatırladan şəxsin mağazasından alış-veriş etməməyə çağıraraq onu boykot ediblər.

photo 2026 11 11 20 05 57 2 photo 2026 11 11 20 05 57

Paylaş: