Baki ozel 3 scaled

Keniya xaricdəki diplomatik nümayəndəliklər şəbəkəsinin mərhələli optimallaşdırılması çərçivəsində Bakıda səfirlik açacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Keniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Nazirlər Kabinetinin rəhbərliyi altında Keniya müvafiq olaraq Mərkəzi Avropa və Mərkəzi Afrikada öz təmsilçiliyini gücləndirmək üçün Bakıda (Azərbaycan) və Brazzavildə (Konqo) yeni nümayəndəliklər açacaq”, – bəyanatda bildirilib.

Optimallaşdırmanın birinci mərhələsi çərçivəsində Keniya hökuməti Berndəki (İsveçrə) səfirliyini də bağlamağı planlaşdırır.

Qeyd edək ki, Azərbaycan və Keniya arasında diplomatik münasibətlər 28 may 2004-cü ildə qurulub. Azərbaycan Prezidenti İlham Əliyev 18 noyabr 2022-ci ildə Azərbaycanın Keniyada səfirliyinin təsis edilməsi haqqında sənəd imzalayıb. 23 may 2023-cü il tarixində Sultan Hacıyev Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

HW0NqQSaYAARu8I HW0NqFjaYAAjlhl

Paylaş: