89aa442fd3fc0d5b892e16a864e56f9f 8174840 1

Kəngərlidə avtomobil qəzası olub.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “Logan” markalı avtomobil yoldan çıxarıb aşıb. Qəza nəticəsində 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Paylaş: