İrəvan yalan danışır, mən “Laçın” postundan keçəndə… – Erməni general

“Qarabağdan Ermənistana silah gətirməyi bacaran varmı?”

Globalinfo.az xəbər verir ki, bunu erməni terrorçu, separatçı silahlı qruplaşmanın birinci komandanı general Arkadi Karapetyan deyib.

Hazırda Ermənistanda olan Karapetyan Daxili İşlər Nazirliyinin Qarabağdan köçən sakinlərdə qanunsuz silahlar olduğuna dair açıqlamasına münasibət bildirib:

“Bunu kim, necə bacara bilərdi – heç bir fikrim yoxdur. Bu, elə də asan deyil. Laçındakı nəzarət-buraxılış məntəqəsindən silah keçirmək mümkün deyildi, heç kim cəsarət etməzdi. İnsanlar qorxurdu. Mənimlə birlikdə Ermənistana keçməyi bacaranların silah gətirdiyini görmədim. Nazirliyin açıqlaması normaldır, qeyri-adi heç nə yoxdur. Sadəcə, belə bir şeyin mümkün olacağına inanmıram”.

Qeyd edək ki, Ermənistan DİN Qarabağdan köçən ermənilərə müraciət edərək, onları qanunsuz silahlarını polis idarələrinə təhvil verməyə çağırıb.

Ayşən Mustafa
Globalinfo.az