Amerikalı reper Kanye Uestin Türkiyədə baş tutan konserti stadion konsertləri tarixinin ən çox izlənilən musiqi tədbiri olub.
Globalinfo.az xəbər verir ki, Atatürk Olimpiya Stadionunda keçirilən şouya təxminən 118 min tamaşaçı qatılıb.
Bununla da reper əvvəlki rekordu yeniləyib.
Əvvəlki yüksək göstərici isə 111 min tamaşaçı ilə “Coldplay” qrupuna məxsus idi.
İstanbuldakı konsert reperin yeni dünya turnesinin başlanğıcı hesab olunur.
Buna baxmayaraq, Kanye son aylarda bir sıra Avropa ölkələrində problemlərlə üzləşib.
Böyük Britaniya, Fransa, Polşa, İtaliya və İsveçrədə onun bəzi çıxışları ləğv edilib və ya qadağan olunub.
Səbəb isə musiqiçinin vaxtilə Adolf Hitleri tərifləyən və antisemit məzmunlu açıqlamalarıdır.
Günel Cəlil
Globalinfo.az