tayson

Əfsanəvi amerikalı boksçu Mayk Tayson Türkiyədə yayımlanan “Tuzlu Kahve” serialında qonaq aktyor kimi çıxış edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyəli jurnalist Birsen Altuntaş məlumat yayıb.

Jurnalistin sözlərinə görə, gözlənilməz qərarları ilə diqqət çəkən serialın prodüseri Polat Yağcı Mayk Taysonu Türkiyəyə dəvət edib.

Bildirilib ki, Tayson ekran əsərində Buğra Gülsoyun canlandırdığı Mehmet obrazının Amerikadan gələn dostunu oynayacaq.

Qeyd edək ki, serialın aktyor heyətində Nebahat Çehre, Binnur Kaya, Settar Tanrıöğen, Hatice Aslan, Şevval Sam, Eda Ece, Enis Arıkan, Yasemin Ergene, Sarp Apak və Ceren Moray kimi tanınmış simalar yer alır.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: