“Kamaz”la piyadanı vurdu, xəstəxanada…

16 yanvar 2023-cü il tarixdə saat 04 radələrində 1988-ci il təvəllüdlü Ələsgərov Eşqin Əli oğlu idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə Gəncə şəhəri Nizami Gəncəvi prospekti ilə hərəkətdə olarkən yolun kənarında dayanmış 1980-ci il təvəllüdlü Yusifov Mahir Qurban oğlunu ehtiyatsızlıqdan vurub.

Globalinfo.az xəbər verir ki, M.Yusifov təcili şəkildə Gəncə şəhəri A.Səhhət adına xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər BPİ-də AR CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Zaira Akifqızı
Globalinfo.az