Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük oğlu Axmat təhsil üzrə kurator vəzifəsinə təyin edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə, o, özünün Telegram kanalında məlumat verib.
“Təhsil həmişə cəmiyyətimizin və dövlətimizin inkişafının təməl daşlarından biri olub və belə də qalır”, – deyə Çeçenistan rəhbərinin oğlu bildirib.
O, həmçinin Çeçenistanın təhsil və elm naziri Xoj-Baudi Daayevlə bu sektorun gələcək inkişafını müzakirə edib:
“Nazir qeyd etdi ki, regionda təhsil davamlı inkişaf nümayiş etdirir və sosial öhdəlikləri yerinə yetirir. Əsas prioritetlər infrastrukturun modernləşdirilməsi, ikinci növbələrin nisbətinin azaldılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması və federal dəstəyin genişləndirilməsi olaraq qalır”.
Qeyd edək ki, Axmat Kadırov eyni zamanda Çeçenistan Respublikası hökumətinin sədr müavini və Çeçenistan bədən tərbiyəsi və idman naziridir.
Əliyar Xəlil
Globalinfo.az