İti vurmamaq üçün maşını qaçırdı, dəmir maneələrə çırpıldı – ANBAAN VİDEO

Azərbaycanda yüksək sürətli magistral yolda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, video paytaxtın hava limanı yolunda lentə alınıb.

Belə ki, yolda hərəkətdə olan nəqliyyat vasitəsinin qarşısına anidən it çıxıb. Sürücü heyvanı vurmamaq üçün sərt manevr edir və idarəetməni itirərək dəmir maneələrə çırpılıb.

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Həmin görüntüləri təqdim edirik: