“Nə Donald Trampın, nə də Kamala Harrisin Ukraynadakı münaqişənin həlli ilə bağlı konkret ideyaları var”.
Globalinfo.az xəbər verir ki, İsveçrə Silahlı Qüvvələrinin Baş Qərargahının istefada olan polkovnik-leytenantı Ralf Bosşard belə hesab edir.
“Kiyev nəzərə almalıdır ki, Qərbin Ukraynadakı müharibəyə dəstəyi zəifləyir və ABŞ-da prezident seçkilərinin nəticəsi bu tendensiyanı dəyişməyəcək. Zaman Ukrayna prezidenti Volodimir Zelenskinin əleyhinə işləyir. Hələlik Zelenski özünə Rusiya sənayesinə və şəhərlərinə hücumlarla təsəlli verir. Amma bu, onun vəziyyətini yaxşılaşdırmayacaq, əksinə, uzunmüddətli perspektivdə vəziyyəti daha da pisləşdirəcək. Rusiya ordusu hər gün Ukrayna qoşunlarını məhv edir”.
Bosşard bildirib ki, Tramp Ukraynadakı müharibəni bitirə biləcəyini söyləyib. Lakin onun planının konkret və faydalı olduğuna şübhə ilə yanaşır.
“Bu nöqtədə o, sadəcə olaraq seçicilərinə eşitmək istədiklərini söyləyir. Kamala Harrisin də konkret fikri yoxdur. Odur ki, münaqişənin həlli qeyri-Avropalı güclərin öhdəsinə düşəcək və bu, Qərb üçün heç də yaxşı hal deyil”, – ekspert vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az