
“İstilik təchizatı sahəsi özəlləşdirilməlidir. Beynəlxalq təcrübə göstərir ki, yalnız bu yolla inkişafa nail olmaq mümkündür”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Onun sözlərinə görə, istilik təchizatı havaya görə müəyyən edilməlidir:
“Azərbaycanda müəyyən olunmuş vaxtlar ərzində istilik təchizatı verilir. Havanın temperaturu 18 dərəcəyə düşəndə istilik işə düşür. Çox sayda insan müraciət edir ki, havalar soyusa da istilik verilmir, nəticədə alternativ vasitələrdən istifadə edilir. İstilik verilən evlərin çoxu sovet dövründə tikilmiş 9 mərtəbəli binalardır. Hava müəyyən qədər soyuyan kimi həmin evlər də soyuq olur. İstilik təchizatına ehtiyac var. Bu kimi məsələlər qanunvericilikdə nəzərə alınmalıdır ”.
Safura Bənnayeva
Globalinfo.az