pasinyan yeni 11

“Xalq yeni Konstitusiyaya referendumda “yox” desə, istefa verəcəm”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Hazırda hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının parlamentdə referendumun təyin edilməsi üçün altı səsi çatışmır. Buna görə də Paşinyan müxalifət deputatlarını referendumun keçirilməsinə səs verməyə çağırıb. O, bununla xalqın Konstitusiyanın taleyini müstəqil şəkildə müəyyən etməsinə imkan yaratmaq istədiyini bildirib.

Baş nazir bəyan edib ki, referendumda vətəndaşlar yeni sənədin qəbul edilməsinin əleyhinə səs versələr, vəzifəsini tərk edəcək.

Layihə seçicilər tərəfindən dəstəklənəcəyi təqdirdə isə Paşinyan Azərbaycanla sülh müqaviləsini başa çatdırmaq və onu institusional səviyyədə möhkəmləndirmək üçün səlahiyyət müddətinin sonunadək vəzifəsində qalacağını vəd edib.

Bununla yanaşı, növbəti seçkilərdə baş nazir postuna namizədliyini irəli sürməyəcəyini bildirib.

Qeyd edək k, noyabrın 23-də Ermənistanın baş naziri ölkənin yeni Konstitusiya layihəsini dərc edib. Sənəddən 1990-cı il tarixli Müstəqillik Bəyannaməsinə istinad çıxarılıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: