İstanbulun tarixi mərkəzinə giriş ödənişli olur?

İstanbul şəhərinin tarixi mərkəzinə avtomobillə giriş ödənişli ola bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə danışan İstanbul bələdiyyə başçısı Əkrəm İmamoğlu bu addımın yerli sakinlərin həyatını yaxşılaşdıracağını bildirib.

Səlahiyyətlilər həmçinin tıxaclar və havanın çirklənməsi ilə bağlı problemləri həll etmək ümidindədir.

Plana görə, avtomobil sahibləri tarixi mərkəzə giriş üçün Eminönü ərazisində yerləşəcək köşklərdə ödəniş etməli olacaqlar. Lakin məbləğ açıqlanmayıb.