İsrailin Qəzzaya zərbələri: ölənlərin sayı artır

qezza olenler

İsrailin martın 18-də Qəzza zolağına hücumları nəticəsində həlak olanları sayı 70-i keçib.

Globalinfo.az xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal məlumat verib.

“Dünən səhər saatlarından etibarən İsrail Qəzzanın müxtəlif bölgələrində ev, çadır və digər yerləri hədəf alıb. Ölənlər arasında Birləşmiş Millətlər Təşkilatının (BMT) əməkdaşı da var”, – deyə o bildirib.

Bundan əvvəl hücumda 37 nəfərin həlak olduğu deyilirdi.

Qeyd edək ki, İsrail ordusu dünən Qəzzaya genişmiqyaslı hava hücumları həyata keçirib.

Əliyar Xəlil
Globalinfo.az