Putinin Ərdoğandan xahişi var: “Ona deyəcəm ki…”

putin gulur

Rusiya Prezidenti Vladimir Putin Moskva və Kiyev arasında danışıqların mayın 15-də başlanmasını təklif edib.

Globalinfo.az  xəbər verir ki, o bu barədə Kremldə keçirilmiş mətbuat konfransında danışıb.

“Təklif edirik ki, danışıqlar ləngimədən mayın 15-də İstanbulda başlansın. Türkiyəli həmkarlarımız dəfələrlə belə danışıqların təşkilində kömək təklif ediblər və Prezident Ərdoğan bunun üçün çox iş görüb”, – Putin vurğulayıb.

Rusiya lideri bununla bağlı Ərdoğanla danışıqlar aparacağını qeyd edib:

“Ondan danışıqların Türkiyədə keçirilməsi üçün şərait yaratmasını xahiş edəcəm”.