İsrailin Beyrutun əsas xəstəxanası yaxınlığına endirdiyi zərbə nəticəsində 4-ü uşaq olmaqla azı 18 nəfər həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” Livan səhiyyə nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində 60 nəfər yaralanıb.
İsrail ordusu bildirib ki, İsrail təyyarələri Beyrutdakı Rafiq Həriri Universiteti Xəstəxanası yaxınlığındakı Hizbullah məntəqəsinə zərbələr endirib, lakin xəstəxana zərər görməyib.
Bununla belə, xəstəxana direktoru Cihad Saade tibb müəssisəsinə ziyan vurulduğunu bildirib.
“Heyət arasında xəsarət alan olmayıb və xəstəxananın qarşısındakı insanların xilas olunması üçün səylər davam edir”, – deyə Cihad Saade vurğulayıb.
Bu arada Yəməndəki Husilər İsrailin mərkəzində yerləşən hərbi bazaya hipersəs raketi ilə zərbə endirib.
Bu barədə Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi Yəhya Sariya bildirib.
Zərbələr Yaffa bölgəsində yerləşən hərbi bazaya “Fələstin 2” hipersəs ballistik raketi ilə endirilib.
Müşviq Tofiqoğlu
Globalinfo.az