İsrailin Azərbaycandakı səfirliyi işini qısa müddətə dayandırdıqdan sonra fəaliyyətini bərpa edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Report”a səfirlikdən məlumat verilib.
“Tətil bitib və biz normal fəaliyyətə qayıtdıq”, – diplomatik nümayəndəlikdən bildiriblər.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər.
***
İsrailin Azərbaycandakı səfirliyi məhkəmə islahatları ilə əlaqədar ümummilli tətilə qoşulub.
Bu barədə APA-ya İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, İsrail səfirliyi və konsulluğu növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq işləməyəcək.
İsraildə davam edən ümumi tətil səbəbi ilə İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini dayandırıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, səfirliyin məlumatında qeyd olunub:
“İsrailin Histadrut həmkarlar ittifaqının elan etdiyi ümumi tətillə əlaqədar İsrailin Tbilisidəki səfirliyi bu gündən növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırır.
Tətil dövründə konsulluq xidmətlərinin göstərilməyəcəyi vurğulanıb.
Qeyd edək ki, İsrailin Fransa, Belçika, Cənubi Afrika Respublikası (CAR), Estoniya və Finlandiyadakı səfirlikləri də bu gün ərzində işləməyəcək. Səfirliklər yalnız fövqəladə xidmətlər göstərəcəklər.