İsraildən Misirə qarşı SƏRT İTTİHAM: “Böyük məsuliyyət daşıyırlar”

İsrailin maliyyə naziri, ifrat sağçı Bezalel Smotriç HƏMAS-ın 7 oktyabr 2023-cü ildə həyata keçirdiyi hücuma görə,  Misiri günahlandırıb. Smotriç həmçinin “Həmas”ın silahlanmasının əsasən Misir vasitəsi ilə həyata keçirildiyini iddia edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzetində məlumat yer alıb.

Məlumata görə, Smotriç fələstinlilərin sığındığı Rafah şəhərinə hücumların davam etdirilməsinin vacibliyini vurğulayıb:

HƏMAS-ın silahlanması əsasən Misir vasitəsilə həyata keçirilib. Oktyabrın 7-də baş verənlərə görə misirlilər böyük məsuliyyət daşıyırlar”.

Qeyd edək ki, İsrailin Qəzza və məhbus mübadiləsini müzakirə etmək üçün Qahirəyə nümayəndə heyəti göndərməsi planlaşdırılır. İsrail dövlət televiziyasının yaydığı məlumata görə, bu məsələ ilə bağlı Təl-Əvivdə məsləhətləşmələr aparılır.

Əliyar Xəlil
Globalinfo.az