hidisyan

Pakistan ordusu Hindistanla artan hərbi gərginlik fonunda döyüş hazırlığını artırmaq üçün təlimlərə başlayıb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Qeyd edilir ki, paytaxt İslamabaddan 60 km aralıda yerləşən böyük Kamra aviabazasında yerləşdirilən döyüş təyyarələri düşmənin hava hücumunu dəf etmək üçün təlimlərə cəlb olunub.

Pakistanın Tilla poliqonunda canlı atəş təlimləri keçirilib. Hindli analitiklərin fikrincə, bunlar Pakistanın Hindistan ordusu ilə qarşıdakı döyüşlərə hazır olması barədə siqnaldır.

“The Times of India” iddia edir ki, iki ölkə arasında gərginlik artmaqda davam edir və tərəflər mümkün toqquşmaya hazırlaşırlar.

Hindistan Hərbi Hava Qüvvələri də Pakistan sərhədinə yaxın ərazidə Su-30, “Rafale” qırıcıları və “Surat” esminesinin iştirakı ilə genişmiqyaslı təlim keçirib.

Aprelin 22-də Kəşmirdə baş verən atışma Hindistan və Pakistan arasında gərginliyə səbəb olub.

***10:03

“Pakistan və Hindistan arasında münaqişə təhlükəsi bütün ölkələrin narahatlığına səbəb olub”.

Globalinfo.az  xəbər verir ki, bunu Pakistan Müdafiə Nazirliyinin rəhbəri Xavaca Asif deyib.

“İki nüvə dövlətinin toqquşması həmişə narahatlıq doğurur. Nəsə səhv getsə, bu, qarşıdurma faciə ilə nəticələnə bilər”, – deyə qurum rəhbəri “Skay Nyus”a açıqlamasında bildirib.

O, iki ölkə arasında tammiqyaslı müharibənin başlama ehtimalını da istisna etməyib.

***09:36

Pakistan əsgərləri Hindistanla sərhəd boyunca postlara atəş açıb.

Globalinfo.az xəbər verir ki, hadisə Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Upendra Dvivedinin Srinaqara səfəri zamanı olub.

Bildirilib ki, Hindistan əsgərləri də cavab atəşi açıblar.

“İnsident cümə günü baş verib, Hindistan əsgərləri arasında itki qeydə alınmayıb”, – deyə əlavə edilib.

Atışmanın təfərrüatları barədə məlumat hələlik açıqlanmır.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: