İsrail Müdafiə Qüvvələri (IDF) 7 oktyabr hücumunda birbaşa iştirak edən 3 yüksək səviyyəli HƏMAS rəsmisinin öldürüldüyünü açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Qeyd edilib ki, HƏMAS hava qüvvələrinin Qəzzadakı rəhbəri Samer Ismail Khadr Abu Daqqa, HƏMAS-ın Hərbi kəşfiyyat bölməsində Müşahidə və Hədəflər departamentinin rəhbəri Osama Tabesh və HƏMAS-ın digər yüksək rütbəli zabiti Ayman Mabhouh zərərsizləşdirilib.