ABŞ Federal Təhqiqat Bürosu (FTB) 2024-cü ildə prezident Donald Trampa qarşı törədilən sui-qəsd cəhdi ilə bağlı yeni məlumatlar əldə edib.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın baş prokuroru Todd Blanş bildirib. O bildirib ki, yeni məlumatlar hücumun təşkilatçısı və atıcının keçmişi ilə bağlı əvvəllər ictimaiyyətə məlum olmayan detalları əhatə edir.
Onun sözlərinə görə, FTB tərəfindən aşkarlanan məlumatlar senatorlarla da paylaşılıb.
Xatırladaq ki, sui-qəsd cəhdi 13 iyul 2024-cü ildə Pensilvaniya ştatının Batler şəhərində Trampın seçki kampaniyası çərçivəsində keçirilən mitinq zamanı baş verib.
Hadisə zamanı Tramp qulağından güllə yarası alıb. Mitinq iştirakçılarından biri həyatını itirib, daha iki nəfər yaralanıb.
ABŞ Məxfi Xidmətinin məlumatına görə, hücumu Tomas Metyu Kruks həyata keçirib. Onun sənaye binasının damından atəş açdığı və daha sonra hadisə yerində öldürüldüyü bildirilir.
Tahir Turan
Globalinfo.az