İsrail və Azərbaycan 2025-ci ilin sonunadək bir neçə yüksək səviyyəli görüşün təşkilini hazırlayırlar.
Globalinfo.az xəbər verir ki, bu barədə “Report”a müsahibəsində İsrailin Azərbaycandakı səfiri Ronen Kraus bildirib.
“Biz bir neçə yüksək səviyyəli görüşün və nümayəndə heyətlərinin görüşlərinin təşkili üzərində işləyirik. Hələ dəqiq tarixlərimiz və təsdiqlərimiz yoxdur, lakin biz bu istiqamətdə səylə çalışırıq”, – R.Kraus bildirib.