İsrail Qəzzada məktəbi bombaladı: 200-ə yaxın insan həlak oldu

İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Cəbaliya bölgəsində “Əl-Faxura” məktəbinin ərazisinə zərbə endirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” kanalı məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində 200-ə yaxın insan həlak olub.

Bildirilib ki, bombalanmış məktəb BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərqdəki Agentliyinin nəzarəti altındadır.