ABŞ Müdafiə Nazirliyi İsrailin amerikalı rəsmilərə qarşı mümkün kəşfiyyat fəaliyyəti ilə bağlı narahatlıqlar fonunda təhlükə səviyyəsini maksimuma qaldırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə NBC News mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, qərar son həftələrdə ABŞ–İran gərginliyinin artması fonunda qəbul edilib. ABŞ kəşfiyyatı İsrailin Vaşinqtonun İranla bağlı planları barədə məlumat toplamağa çalışdığını ehtimal edir.
Daxili sənədlərdə İsrailin kəşfiyyat imkanlarının kritik səviyyəyə çatdığı qeyd olunur. İsrail səfirliyi ittihamları rədd edərək bildirib ki, ölkə ABŞ-a deyil, öz düşmənlərinə qarşı kəşfiyyat aparır.
Məlumat üçün bildirək ki, Ağ Ev məlumatı təkzib edib, Pentaqon isə şərh verməyib.
Əliyar Xəlil