zengilan e1750151547289

Ötən ay İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinin son anda təxirə salınması mövcud İranİsrail gərginliyi fonunda yenidən diqqət mərkəzinə düşüb. Bildirilir ki, bu cür hallarda yüksək səviyyəli səfərlərin təxirə salınması həm təhlükəsizlik baxımından zəruri ola, həm də müəyyən diplomatik mesajlar daşıya bilər.

Belə ki, əgər Netanyahu Bakıya səfər etsəydi və bundan dərhal sonra İsrail tərəfindən İrana qarşı hərbi və ya kiberhücumlar baş versəydi, İran və regiondakı digər aktorlar bu hadisələri əlaqələndirə bilərdilər.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, səfərin baş tutmamasının İsrailin İrana hərbi müdaxilə hazırlığı ilə əlaqələndirilməsi mümkündür.

Ətraflı videoda:

“Təbii ki, belə bir məqamda İsrail Baş nazirinin səfərinin reallaşması bizim üçün də arzuolunan deyildi. Çünki ondan əvvəl İran Prezidenti Məsud Pezeşkian Bakıya səfər etmişdi. Hesab edirəm ki, Netanyahunun gəlişi müəyyən diplomatik gərginlik yarada bilərdi. Xüsusilə hərbi əməliyyatlar ərəfəsində bu, Tehranda fərqli qarşılanardı”.

Politoloq qeyd edib ki, Azərbaycan bu məsələdə neytral mövqe tutur:

XİN rəsmisi Ceyhun Bayramov da bildirdi ki, Azərbaycan öz ərazisindən İrana qarşı istifadə edilməsinə heç vaxt imkan verməyəcək. Rəsmi Bakı çalışır ki, qonşuluqda sabitlik olsun. Hətta bunun üçün Azərbaycanın iki ölkəni bir araya gətirməsinin mümkünlüyü haqda fikirlər də səsləndirilir. İstənilən halda regionda müharibə şəraiti bizim də maraqlarımıza uyğun deyil. Digər tərəfdən, unutmayaq ki, İranda 40 milyona yaxın azərbaycanlı yaşayır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: