İsrail ordusu Livana yeni hava zərbəsi endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücumun məqsədi “Hizbullah” silahlı birləşmələrinin döyüşçülərini məhv etmək olub.
“Hizbullah”ın atəşkəs razılaşmasını davamlı pozmasına cavab olaraq, İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Xirbət-Səlim rayonunda yerləşən terrorçulara zərbə endirib”, – deyə hərbi açıqlamada vurğulanıb.
Əliyar Xəlil