lubnan hizbullahindan israile 160 roketle misilleme saldirisi 171818195580 1

Son 24 saat ərzində İsrail aviasiyası və artilleriyası Livanda “Hizbullah” təşkilatı ilə əlaqəli 200-ə yaxın obyektə hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücuma məruz qalan hədəflər arasında Livan və Suriya sərhədində silahların saxlanıldığı yeraltı obyekt, eləcə də cənubda və Livanın dərinliklərində onlarla reaktiv yaylım atəşi sistemi və yer-yer raketləri olub.

Həmçinin, İsrail ordusu Livanın cənubundakı döyüşlərdə 50 silahlı “Hizbullah” tərəfdarını öldürdüyünü açıqlayıb.

Paylaş: