İsrail “HƏMAS”la münaqişəyə bu qədər pul xərcləyib – ŞOK RƏQƏMLƏR

İsrailin 2023-cü ildə münaqişəyə xərclədiyi vəsait açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 2023-cü ildə İsrailin “HƏMAS”la münaqişəyə xərclədiyi vəsait təxminən 6,6 milyard dollar təşkil edib.

Bu pulun təxminən 4,5 milyard dolları müdafiə xərclərinə, qalanı isə mülki məqsədlərə yönəldilib.

Büdcə kəsiri isə 20 milyard dolları ötüb.

Əliyar Xəlil,

Globalinfo.az